-
- 9-06-2024, 14:56
- 272
Gürcüstanda keçirilmiş “parlament seçkiləri”ni tanımırıq - Azərbaycan XİN
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "parlament seçkiləri"nə dair bəyanat yayıb.
News24.az-ın xəbərinə görə bəyanatda vurğulanıb ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 9 iyun 2024-cü il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "parlament seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.