-
- 10-06-2024, 09:06
- 320
F1 Kanada Qran Prisinin qalibi..
Kanadanın Monreal şəhərində 4,3 kilometrlik Gilles Villeneuve Circuit-də keçirilən yarış 70 dövrədən çox olub.
News24.az xəbər verir ki, yağışın təsiri altında baş tutan yarışda 1 saat 45 dəqiqə 47,927 saniyə nəticə ilə finiş xəttini birinci keçən Verstappen cari mövsümdə 6-cı, karyerasında isə 60-cı qələbəsini qazanıb.
McLaren-in britaniyalı pilotu Lando Norris liderdən 3,879 saniyə geri qalaraq ikinci, Mercedes komandasının dünən poul mövqeyini qazanan britaniyalı pilotu Corc Rassel isə 4,317 saniyə geri ilə üçüncü olub.
Pilotlar Çarlz Lekler, Karlos Sayns, Serxio Peres, Loqan Sarjant və Aleksandr Albon yarışı tamamlaya bilməyiblər.
Qeyd edək ki, mövsümün 10-cu yarışı olan İspaniya Qran Prisi iyunun 23-də keçiriləcək.
Kanada Qran Prisindən sonra sürücülər və komandalar təsnifatında ilk 5 yer aşağıdakı kimidir:
pilotlar
1. Maks Verstappen (Hollandiya): 194 xal
2. Şarl Lekler (Monako): 138
3. Lando Norris (Böyük Britaniya): 131
4. Karlos Sayns (İspaniya): 108
5. Serxio Peres (Meksika): 107
Komandalar
1. Red Bull: 301
2. Ferrari: 252
3. McLaren: 212
4. Mercedes: 124
5. Aston Martin: 58
Günel Məlikzadə