Fransada ifrat sağçıların etirazı
    • 10-06-2024, 09:19
    • 438

Fransada ifrat sağçıların etirazı

Fransada ifrat sağçı ID 30 yer, Re 14, S&D 13, Sol 8, EPP 6, Yaşıllar 5 yer qazanıb.

News24.az-ın məlumatına görə, Fransada AP seçkilərində partiyaların bölgüsünə nəzər saldıqda görürük ki, ifrat sağçı Milli Ralli (MN) Partiyası 31,5 faiz səslə böyük fərqlə birinci olub.

Prezident Emmanuel Makronun partiyası Rönesans 15,2 faizlə RN-nin səslərinin yarısından azını toplayaraq ikinci yeri tutub. Üçüncü partiya olan Sosialistləri kiçik fərqlə geridə qoya bilib. Müxalifətdəki Sosialist Partiyası (PS) 14 faizlə üçüncü, müxalif ifrat solçu Fransa Sərhədsiz (LFI) Partiyası 8,7 faiz səslə 4-cü, sağ mərkəzçi Respublikaçılar (LR) isə 7,2 faiz səslə 5-ci yerdə qərarlaşıb.

Yüzlərlə solçu nümayişçi Avropa Parlamentinə (AP) seçkilərdə birinci gələn ifrat sağçı partiyalara etiraz etmək üçün Fransanın paytaxtı Parisdə Republique Meydanına (Place de la Republique) toplaşıb.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron AP seçkilərində ifrat sağçıların ölkəsində böyük fərqlə birinci yerə çıxmasından sonra parlamenti buraxıb və növbədənkənar ümumi seçkilər keçirmək qərarına gəlib.

Partiyasının böyük fərqlə məğlub olmasından sonra açıqlama verən Makron nəticələrin “Avropanı müdafiə edən partiyalar üçün yaxşı olmadığını” etiraf edib və erkən seçkilərin 30 iyun-7 iyul tarixləri arasında keçiriləcəyini açıqlayıb.

Makron, "Mən səsvermə yolu ilə yenidən parlament gələcəyimizin seçimini sizə vermək qərarına gəldim. Ona görə də bu axşam Milli Məclisi buraxıram" deyib.

Günel Məlikzadə