Bu nəmləndiricidən istifadə etməyin!
    • 10-06-2024, 13:29
    • 505

Bu nəmləndiricidən istifadə etməyin!

Nəmləndirici kremlər bir çox insanın dəri rutinlərinin əvəzedilməz hissəsidir. Ancaq hər nəmləndirici hər kəs üçün yaxşı deyil. Bəs kim hansı kremdən istifadə etməlidir? 

News24.az həmin kremləri təqdim edir:

SIZANAQ PROBLEMİNİ AZALDIR

Quru dərilərdə yağ əsaslı nəmləndirici dərini daha təbii edir və makiyajın kobud görünməsinin qarşısını alır. Bu şəkildə makiyaj üzə oturur. Ancaq makiyajsız olsanız belə, nəmləndiricinizi bu şəkildə seçməlisiniz. Su əsaslı nəmləndiricilər dərini tıxamır, buna görə də dəriniz həmişə daha təravətli ola bilər. Kreminizi gecə yatmazdan əvvəl istifadə edə bilərsiniz ki, sızanaq problemini minimuma endirəsiniz. Bu yağlı dərilər üçün çox vacib amildir.

SU ƏSASLI KREM QURU DƏRİ ÜÇÜN TÖVSİYƏ EDİLMİR

Çox quru dəri tipləri olan insanlar üçün su əsaslı nəmləndiricilər tövsiyə edilmir . Çox quru dəri tipləri üçün yağ lazım olduğu üçün təbii yağlardan əldə edilən xüsusi formulalara malik yağ əsaslı nəmləndiricilər həmin dəri tipinin ehtiyaclarını qarşılayır.

SƏHƏR YÜNGÜL, AXŞAM  İSƏ  BOL NƏMLƏNDİRİCİ

Dərini səhər və axşam yuduğumuz üçün dərhal sonra nəmləndirmək yaxşı bir fikir ola bilər. Səhər yüngül nəmləndirici seçə bilərsiniz. Axşam saatlarında daha sıx bir nəmləndirici istifadə edə bilərsiniz. Ona görə də axşam saatlarında serumun üzərinə su əsaslı nəmləndiricidən istifadə etmək yaxşı olardı.

BİR İPUCU

Bir ipucu; Nəmləndiricinin yastığa hopmasını istəmirsinizsə, yatmazdan ən az 30 dəqiqə əvvəl istifadə edə bilərsiniz.

Mehriban Mirzəzadə