Məhəbbət Hacıyevaya yüksək vəzifə verildi - FOTO
    • 1-07-2024, 15:08
    • 19 459

Məhəbbət Hacıyevaya yüksək vəzifə verildi - FOTO

Jurnalist Məhəbbət Hacıyevaya vəzifə verilib.

News24.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. Bildirib ki, o, Azərbaycan Turizm və Menecment Universitetinin ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri təyin edilib.

Xatırladaq ki, M. Hacıyeva uzun illər müxtəlif media qurumlarında çalışıb. O, son 10 ildə "Xəzər" televiziyasında redaktor vəzifəsində çalışıb.