Millinin futbolçusuna "cəza" - evin döşəməsini silmək
    • 1-07-2024, 19:11
    • 144

Millinin futbolçusuna "cəza" - evin döşəməsini silmək

Ukrayna millisinin futbolçusu Viktor Tsıqankov AVRO-2024-dəki uğursuz çıxışa görə qeyri-adi cəza alıb.

News24.az idman.biz-ə istinadla xəbər verir ki, “Jirona”nın vingerini həyat yoldaşı Romana cəzalandırıb.

O, yarıciddi, yarızarafatla Almaniyadan qayıdan futbolçunu evin döşəməsini silmək cəzasına məruz qoyub. Romana cəzalandırılma mərasimini videoya çəkərək sosial şəbəkədə də paylaşıb: “AVRO-2024-ün səhvini yuyur”

Qeyd edək ki, Ukrayna millisi AVRO-2024-də 4 xalla qrup sonuncusu kimi mübarizəni dayandırıb.