Rusiyada qanlı olay: 4 azərbaycanlı çəkic və bıçaqla ərlə arvadı...
    • 10-06-2024, 14:15
    • 261

Rusiyada qanlı olay: 4 azərbaycanlı çəkic və bıçaqla ərlə arvadı...

Krasnoyarsk vilayət məhkəməsi 2023-cü ilin avqustunda Şaripovo şəhərində dörd azərbaycanlını bir nəfəri, həmçinin ər-arvadı öldürməyə cəhddə təqsirli bilib.

News24.az publika.az-a istinadla xəbər verri ki, bu barədə "Interfax" məlumat yayıb.

Bildirilir ki, yerli sakinlərlə ölümlə nəticələnən dava ilə bağlı dörd azərbaycanlı saxlanılıb.

İstintaqın məlumatına görə, üç Azərbaycan vətəndaşı ilə üç yerli sakin arasında şifahi münaqişə baş verib. Hadisə belə təsvir olunur:

Sərxoş vəziyyətdə olan şübhəlilər (azərbaycanlılar - red.) yoldan keçən qızı incidiblər. Həmin zaman ərazidən keçən yerli sakinlərdən olan ər-arvad və tanışları onun müdafiəsinə qalxıblar. Bu zaman əcnəbilər (azərbaycanlılar - red.) əlində armatur və tikinti çəkici olan dostlarını "köməyə" çağırıb, bundan sonra dördü də zərərçəkənlərə hücum edib. Onlara armatur və çəkiclərlə dəfələrlə zərbələr endiriblər. Biri isə cibindəki bıçaqdan istifadə edib. Nəticədə 30 yaşlı kişi bıçaq xəsarətlərindən yerindəcə keçinib, 27 yaşlı zərərçəkən və 25 yaşlı arvadı isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Məhkəmə hakiminin hökmü belə olub: Onlardan biri 17 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkəcək. Qalanların hər biri isə 4 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində saxlanmaqla azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Həmçinin, 17 il cəza alan şəxsdən 1 milyon rubl (19,000 manat) alınaraq mənəvi ziyana görə mərhumun yaxın qohumuna ödənilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Rusiyada müqavilə əsasında yol işlərində çalışıblar. Onlar rus dilini bilmədikləri üçün tərcüməçi tələb ediblər.