Bu gün gələcəyə doğru atdığınız addımlar sizi yüksəldə bilər - Bürclər nə deyir?
    • 10-06-2024, 14:18
    • 1 121

Bu gün gələcəyə doğru atdığınız addımlar sizi yüksəldə bilər - Bürclər nə deyir?

Astroloqlar 10 iyun 2024-cü il bürclər haqqında proqnozları açıqlayıblar.

News24.az "Unikal"-a istinadən həmin proqnozları təqdim edir:

Qoç:

Bu gün təkəbbürlü davranışınız ətrafınızdakıları narahat edə bilər. Diqqət mərkəzində olmaq istədiyiniz gündür, ancaq bir qədər tarazlıq saxlamalısınız. Hər şeyi edə biləcəyiniz olan inancınız sonradan sizi məyus edə bilər.

Buğa:

Pul xərcləmək istəyiniz arta bilər. Maliyyə məsələlərdə tələsik hərəkət etməməli olduğunuz gündür. Mübaliğədən qaçmaq bu gün etməli olduğunuz ən doğru şeydir. Əks halda, sonradan peşman ola bilərsiniz.

Əkizlər:

Yaxın ətrafınızla münasibətlərinizin möhkəmlənəcəyi bir gündəsiniz. Əlaqələrinizi gücləndirməyin vaxtıdır. Əyləncəli xarakteriniz diqqət çəkməyinizə səbəb olur. Uzun müddət problem yaşadığınız insanlarla bu gün müsbət irəliləyişlər ola bilər.

Xərçəng:

Maddi cəhətdən özünüzü yetərli hiss etməyinizə görə yalnış qərarlar qəbul edə bilərsiniz. Xərclərinizlə diqqət edin. Bir az səbirli ola bilsəniz, daha yaxşı qərarlar verə biləcəksiniz.

Şir:

Bu gün şəxsi həyatınıza rəng qatacaq müsbət irəliləyişlər ola bilər. Sizin uşaq təbiətiniz insanların sizə rəğbət bəsləməsinə səbəb olur. Bu gün arzuladığınız məsələlərə doğru addım ata bilsəniz, istədiyiniz nəticəni əldə edə bilərsiniz.

Qız:

Bu gün özünüzü bir az etibarsız və yorğun hiss edə bilərsiniz. Səylərinizin qarşılığını almamaq səhvindən qurtulun və bu gün bir az dincəlin. Nə istədiyinizə qərar verin və qərarlı olun. Hər şeyin öz vaxtı var.

Tərəzi:

Gələcək planlar, yeni addımlar və yeni layihələr üçün münasib bir gündür. Zehni cəhətdən uyğunlaşdığınız insanlarla qarşılaşa bilərsiniz. Münasibətlərdə özünüzü şanslı hissetdiyiniz gündür. Qətiyyətli addımlarla irəli getməlisiniz.

Əqrəb:

İş həyatınızla bağlı üstünü örtdüyünüz və görməməzlikdən gəldiyiniz bir çox mövzu bu gün ortaya çıxa bilər. Rəhbərlərinizlə fikir ziddiyyətləri yarana bilər və siz narahat əhval-ruhiyyədə ola bilərsiniz. Qəzəbli insanlardan uzaq durun.

Oxatan:

Təhsil, təlim və kommersiya məsələlərində şanslı olduğunuz bir gündür. Fəaliyyət enerjiniz yüksəkdir və özünüzə tam inamınız var. Bu gün gələcəyə doğru atdığınız addımlar sizi bir pillə yüksəldə bilər. Uğurlu inkişaflara hazır olun.

Oğlaq:

İş həyatınızla bağlı gözlənilməz hadisələrin baş verə biləcəyi gündür. Təhlükəsiz olduğunu bildiyiniz yerdə qalmaq və risk etməmək günümüzün əsas mövzusudur. Gözlənilməz xərclər sizi narahat edə bilər. Ən əsası sağlamlığınızın qeydinə qalın.

Dolça:

Bu gün münasibətlərinizdə gərginlik arta bilər. Sevdiklərinizə empati qurmağı və emosional baxımdan inam verməyi öyrənməlisiniz. Qüsurları kənarda axtarmaq vaxt itkisidir, bir az daxili dünyanıza nəzər yetirin. 

Balıqlar:

İmmunitetinizi güclü saxlamağınız lazım olan günlərdən keçirsiniz. Səhhətinizlə bağlı laqeyd qaldığınız məsələlər bu aralar özünü göstərə bilər. Özünüzə qulluq etməli və istirahətə vaxt ayırmalısınız. Hər şeyi özünüzə dərd etməyin.