-
- 29-04-2024, 08:52
- 567
İki ailə arasında DAVA: ÖLƏN VAR
Ankarada iki qonşu ailə arasında naməlum səbəbdən baş verən mübahisə ailənin digər üzvlərinin də iştirakı ilə böyüyüb. Davadan sonra tərəflər bir-birinə atəş açıb.
News24.az xəbər verir ki, silahlı dava zamanı Serkan Mahmutoğlu, Mahir B. və Haydar B. güllələrdən yaralanıb.
Xəbər verildikdən sonra ünvana çoxlu polis və tibb işçiləri göndərilib. Dava polisin müdaxiləsi ilə sona çatarkən, yaralılar xəstəxanalara aparılıb.
Qeyd edək ki, vəziyyəti ağır olan Serkan Mahmutoğlunu həkimlərin səyinə baxmayaraq xilas etmək mümkün olmayıb. Ayaqlarından xəsarət alan Mahir B. və Heydər B.-nin müalicəsi davam edir.
Günel Məlikzadə