DİQQƏT! Zəlzələ gözlənilən 5 bölgə
    • 11-06-2024, 17:18
    • 779

DİQQƏT! Zəlzələ gözlənilən 5 bölgə

Türkiyə 6 fevral 2023-cü il tarixində saat 04.17-də baş verən 7.7 bal gücündə zəlzələdən sonra 13.24-də 7.6 bal gücündə ikinci zəlzələ ilə sarsılıb.

News24.az xəbər verir ki, əvvəlki beynəlxalq proqnozları ilə gündəmə gələn SSGEOS, Türkiyə ilə bağlı yeni zəlzələ iddiası irəli sürüb.

SSGEOS; Adana, Hatay və Mərkəzi Qara dəniz bölgəsində yeni zəlzələlər gözlədiyini açıqlayıb.

SSGEOS-un verdiyi məlumatda zəlzələ gözlənilən yerlərlə bağlı təfərrüatlar yer alıb.

Sosial mediada da gündəm olan xəritəyə baxdığımızda dünyanın 5 yerinin işarələndiyi və bu 5 bölgədə zəlzələnin olacağı qeyd edilib.

Bu 5 məkanda Türkiyə detalı diqqətdən qaçmayıb.

Zəlzələ xəbərdarlığı xəritəsinə Türkiyənin Adana, Hatay və Mərkəzi Qara dəniz bölgəsi daxildir. Bundan əlavə, zəlzələ xəbərdarlığı Kipr, Livan və İsraili də əhatə edir.

Günel Məlikzadə