İrəvandan sülh açıqlaması: “Bakı da razı olsa, sabah sürətlə...”
    • 11-06-2024, 22:00
    • 360

İrəvandan sülh açıqlaması: “Bakı da razı olsa, sabah sürətlə...”

Azərbaycan da razı olsa, Ermənistan sülh müqaviləsini sabah imzalaya bilər.

News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.

“Hesab edirik ki, sülh müqaviləsinin mətnini yekunlaşdırmağa yaxınıq və bunu sürətlə tamamlamağa və imzalamağa hazırıq. Əlbəttə, bu gün imzalamamağımız onun tam olmaması deməkdir. Hər şeylə tam, yüz faiz razılaşmaq imkanı olsaydı, artıq imza atardıq. Əgər Azərbaycan tərəfdən konstruktiv yanaşma olarsa, sabah sülh müqaviləsinin imzalanmasını mümkün hesab edirəm”, - erməni deputat bildirib.

Rubinyan qeyd edib ki, Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün tanınması haqqında anlaşma var və bu, 2022-ci ildə Praqa, daha sonra Soçi və Brüsseldə, daha sonra isə bu yaxınlarda sərhədlərin delimitasiyası ilə bağlı imzalanmış saziş kontekstində qeydə alınıb: “Bütün bu anlaşmalar sülh müqaviləsində ifadə olunarsa, saziş çox tez imzalana bilər”.