Qəzzada can itkisi 31 min 112-yə yüksəldi
    • 11-03-2024, 13:22
    • 212

Qəzzada can itkisi 31 min 112-yə yüksəldi

Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra açıqlamasında İsrailin Qəzza zolağına 157 gündür hücumları ilə bağlı məlumat verib.

News24.az xəbər verir ki, İsrail qüvvələrinin son 24 saatda Qəzza zolağında daha 67 fələstinlini öldürdüyünü qeyd edən Kudra, Qəzzada həyatını itirənlərin sayının 31 min 112-yə yüksəldiyini bildirib.

Kudra, İsrail qüvvələrinin son hücumlarında daha 106 fələstinlini yaraladığını və Qəzza zolağında yaralananların ümumi sayının 72 min 760-a çatdığını bildirdi.

Səhiyyə Nazirliyinin sözçüsü Kudra, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi səbəbilə tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyini vurğulayıb.

Günel Məlikzadə