-
- 12-06-2024, 09:16
- 388
Cruise-a 850 milyon dollar investisiya
Amerikanın avtomobil nəhəngi General Motors sürücüsüz taksi şirkəti Cruise-a 850 milyon dollar sərmayə qoymaq qərarına gəlib.
News24.az xəbər verir ki, General Motors-un maliyyə direktoru Paul Jacobson Deutsche Bank-ın Qlobal Avtomobil Sənayesi Konfransında 850 milyon dollarlıq sərmayəni açıqlayıb.
Qeyd edək ki, GM-in törəmə şirkəti olan Cruise, bir sıra qəzalar və təhlükəsizlik problemləri ilə əlaqədar Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının araşdırmaları ilə üzləşib. Şirkət trafikdə robotaxi sınaqlarını dayandırıb. Şirkətin Phoenix, Dallas və Hyustonda sınaqlara qayıdacağı açıqlanıb.
GM 2016-cı ildə Cruise-u satın alandan sonra 8 milyard dollardan çox xərcləyib, təkcə 2023-cü ildə 3,48 milyard dollar itki üzləşib. Bununla belə, yeni investisiya onu göstərir ki, General Motors hələlik investisiyalarından imtina etməyə hazır deyil.
Günel Məlikzadə