Qazaxda ağır qəza - ölən var
    • 12-06-2024, 09:50
    • 476

Qazaxda ağır qəza - ölən var

Qazaxda ağır yol-nəqliyyat hadisəsi olub.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün "Ford" və "Mercedes" markalı avtomobillərin toqquşması ölümlə nəticələnib.

Belə ki, 1955-ci il təvəllüdlü Ş. Mustafayeva hadisə yerində ölüb. 1964-cü il təvəllüdlü İ. Musayev və "Mercedes" markalı avtomobilin sürücüsü xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.