Conni Depp bu rol üçün Maykl Ceksonla üz-üzə gəlib
    • 12-06-2024, 22:10
    • 134

Conni Depp bu rol üçün Maykl Ceksonla üz-üzə gəlib

Amerikalı aktyorlar Conni Depp və Amber Heard arasında baş verən və diqqət çəkən iddialarla gündəmə gələn böhtan davasından sonra Depp “Jeanne du Barry” filmi ilə yenidən karyerasına qayıdıb.

News24.az xəbər verir ki, Tara Vudun sənədli filmindəki karyerasının mühüm rollarından danışan ulduz, 1990-cı ildə çəkilmiş "Eduard Qayçı əlləri" filmindəki rolu ilə bağlı açıqlama verib.

Rejissor Tim Burtonun çəkdiyi filmdəki simvolik rolu sayəsində daha geniş tamaşaçı kütləsinə xitab edən aktyor rol üçün Tom Hanks, Maykl Cekson və Tom Kruzla da danışıqlar aparıldığını bildirib.

Rol qazanmaq üçün bir çox məşhur adın yarışdığını ifadə edən ulduz, "Tom Cruise Edvardı canlandırmağa çox yaxın idi" deyib.

Aktyor, "Bu rol mənim kim olduğumun mahiyyətinə varmağı bacardı. Ssenari gözəl idi. Xarakter gözəl idi. Məncə, məni ən çox emosional cəlb edən şey Edvardın mən olması idi".

Lakin bu rolu ala bilməyəcəyini düşünən Depp rejissor Tim Burtonla görüşünü ləğv etmək istəyib.

Menecerinin təkidinə dözə bilməyən ulduz dinləmələrə qatılıb və "Edvard" rolunu qazanıb.

Günel Məlikzadə