-
- 16-05-2019, 13:24
- 3 719
Elinanın əzizləri haray çəkdi - VİDEO- FOTO
Bu gün 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharından 40 gün ötür.
News24.az xəbər verir ki, mərhum məktəblinin ailəsi, dostları, eləcə də bu hadisədən üzülən bir çox insanlar onun məzarını ziyarət edib, qəbrinin üstünə çiçəklər düzüblər. Valideynləri məzarın qarşısında şam yandırıblar. Elinanın valideynləri övladlarının intiharında günahı olan hər kəsin cəzalandırılmasını tələb etdiklərini də deyiblər: “Övladımızın ölümündə kimin günahı varsa, onların cəzalandırılmasını gözləyirik. Bizim balamız günahsız yerə bu torpaqda yatır”.
Qeyd edək ki, Elina Zabrat qəsəbəsindəki qəbristanlıqda dəfn olunub. Ailəsi onun məzar daşının üzərində mələk heykəlcik düzəltdirib. Eyni zamanda qəbrin üstünə "Yerin cənnətlik olsun, bizim mələyimiz..." sözlərini yazdırıblar.
Afaq Mirayiq
foto-video- Fərid Şabanov