Qabriel Paulista İstanbulda
    • 13-06-2024, 09:28
    • 287

Qabriel Paulista İstanbulda

"Beşiktaş"a transferi gündəm olan braziliyalı futbolçu Qabriel Paulista İstanbula gəlib.

News24.az xəbər verir ki, “Ağ-qaralar” klubu ilə transfer danışıqları aparmaq üçün San-Pauludan İstanbula gələn təcrübəli futbolçu klub rəsmiləri tərəfindən qarşılanıb.

"Beşiktaş"ın köynəyi ilə hava limanından ayrılan 33 yaşlı braziliyalı müdafiəçi mətbuata qartal jesti ilə poz verib.

İstanbul Hava Limanına çatdıqdan sonra Paulista qalacağı otelə köçüb.

Qabriel Paulista KİMDİR?

Futbolçu karyerasına Taboao Serrada başlayan Qabriel Paulista daha sonra Vitoriyada çıxış edib.

"Vitoriya"dan "Villareal"a transfer olan və daha sonra "Arsenal"a keçən braziliyalı müdafiəçi 2017-ci ildə "Valensiya" ilə anlaşaraq La Liqaya qayıdıb.

2023/24 mövsümünün ara transfer dövründə "Atletiko Madrid"ə imza atan Paulista müqaviləsi bitdikdən sonra komandadan ayrılıb.

Günel Məlikzadə