“Zirə”dən yeni transfer
    • 24-06-2023, 15:10
    • 182

“Zirə”dən yeni transfer

“Zirə” yeni futbolçu ilə anlaşıb. 

News24.az xəbər verir ki, Bakı təmsilçisi Ruan Renatonu heyətinə qatıb. 

29 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, braziliyalı futbolçu daha əvvəl ölkəsinin “Santa Rita”, “Quaraçinqeta”, “Yuventude”, “Vitoriya”, “Fiqeyrense”, “Botafoqo”, “Ponte Preta”, Avstriyanın “Austria Vyana”, həmçinin ölkəmizdə “Qəbələ”nin şərəfini qoruyub.