Şimali Koreya ilə Yaponiya “gizli danışıqlar” apardı - İDDİA
    • 13-06-2024, 15:20
    • 182

Şimali Koreya ilə Yaponiya “gizli danışıqlar” apardı - İDDİA

Cənubi Koreyanın “JoongAng Daily” qəzetinin əldə etdiyi adı açıqlanmayan mənbələr iki ölkə rəsmilərinin mayın ortalarında Monqolustanın paytaxtı Ulan-Bator yaxınlığında görüşdüyünü iddia edib.

News24.az xəbər verir ki, mənbələr Şimali Koreyadan olan nümayəndə heyətinə Xarici Kəşfiyyat Xidmətinin Ümumi Kəşfiyyat Bürosunun nümayəndələrinin daxil olduğunu və Yaponiyadan da tanınmış siyasətçinin göndərildiyini bildirib.

Mənbələrdən biri iki ölkə rəsmilərinin ötən həftə Monqolustanda yenidən görüşməsinin gözlənildiyini, lakin bu görüşün baş tutub-tutmamasının məlum olmadığını bildirib.

YAPONİYA MƏSƏLƏ İLƏ BAĞLI ŞƏRH VERMİR

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hayaşi Yoşimasa açıqlamasında Cənubi Koreya qəzetinin xəbərindən xəbərdar olduğunu bildirib.

“Biz müxtəlif kanallarla Şimali Koreyaya çatmaq üçün cəhdlər etdik, lakin məsələnin mahiyyətinə görə heç bir cavab verməkdən çəkinəcəyik”, - deyə Hayaşi bildirib.

Yaponiyanın baş naziri Kişida Fumio 2023-cü ilin may ayında verdiyi bəyanatda, Şimali Koreya lideri Kim Çen In ilə “birbaşa diplomatiya və yüksək danışıqlar yolu ilə” saxlanılan yapon xalqının problemini həll etməyi hədəflədiyini açıqlayıb.

İKİ ÖLKƏ ARASINDA ZİRVƏ

Kişida ötən ay verdiyi açıqlamada "məhbusların dərhal vətənlərinə qaytarılması" məqsədi ilə iki ölkə arasında sammitin təşkili üçün səyləri gücləndirəcəyini bildirib.

Rəsmi Kyodo agentliyi bildirir ki, 17 yapon Şimali Koreya tərəfindən saxlanılıb və 5 nəfər artıq geri göndərilib. Şimali Koreya isə 4 nəfərin ölkəyə heç girmədiyini və 8 nəfərin həyatını itirdiyini iddia edir.

Şərqi Asiyada Yaponiya ilə Şimali Koreya arasında diplomatik əlaqələr yoxdur.

Günel Məlikzadə