Cənubi Koreya ordusunda döyüş hazırlığı elan edildi
    • 8-06-2024, 23:54
    • 213

Cənubi Koreya ordusunda döyüş hazırlığı elan edildi

Cənubi Koreya ordusunu döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bu barədə Cənubi Koreya ordusunun sözçüsü AFP-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Koreya ordusu Şimali Koreyadan buraxılan zibil şarlarının buraxılmasını diqqətlə və ayıq-sayıq şəkildə izləyir.

Şimali Koreyadan göndərilən zibil balonları Cənubi Koreyada bir neçə yerə düşüb.

Balonlara cavab olaraq Cənubi Koreya Şimali Koreya ilə qonşu ölkələr arasında gərginliyi azaltmalı olan 2018-ci il hərbi müqaviləsini tamamilə dayandırdıb. (Ölkə.Az)