2000 illik Məryəm Ana
    • 13-06-2024, 22:20
    • 326

2000 illik Məryəm Ana

Türkiyə - Manisada jandarma qrupları, tarixi əsər qaçaqmalçılığı ilə bağlı araşdırma çərçivəsində Akhisar mahalının Reşatbet rayonunda yaşayan S.K (29) ünvanında əməliyyat keçirib.

News24.az xəbər verir ki, evdə aparılan axtarış zamanı üzərində təxminən 2 min il yaşı olduğu düşünülən üzərində Məryəm Ana fiquru olan mozaika bloku ələ keçirilib.

Mozaikanı satmağa cəhd etdiyi iddia edilən S.K. , jandarma qrupları tərəfindən saxlanılıb.

Əsər Manisa Muzey Müdirliyinə təhvil verilib.

Günel Məlikzadə