Uçan sürünənlərin fosilləri tapıldı
    • 13-06-2024, 17:47
    • 302

Uçan sürünənlərin fosilləri tapıldı

Popular Science jurnalının məlumatına görə, Avstraliyanın Kvinslend əyalətində 100 milyon il əvvəl yaşamış "Haliskia peterseni" adlı uçan sürünən növünün tapılması, düşünülənin əksinə olaraq bu bölgədə pterozavrların daha çox ola biləcəyini göstərib.

News24.az xəbər verir ki, bu kəşf, nisbətən az pterozavr qalıqlarının olduğu bir qitədən gəldiyi üçün diqqəti cəlb edib.

Tədqiqatın həmmüəllifi Adele Pentland, "Tapılan Haliskia peterseni 22 faiz tamdır. Bu, Avstraliyada tapılan hər hansı digər pterozavr skeletindən iki dəfə çox tam olması deməkdir" deyib.

Qeyd edək ki, yeni tapılan növün skeleti Kvinslendin böyük hissəsinin su altında qaldığı dövrə uyğun gəlir və canlının bu sularda ovladığı düşünülür.

Tədqiqatçılar pterozavrın qanadlarının açıqlığının ən azı 4,6 metr olduğunu təxmin edirlər.

Araşdırmanın təfərrüatları "Scientific Reports" jurnalında dərc olunub.

Günel Məlikzadə