-
- 27-05-2024, 15:28
- 346
NASA-dan bir ilk
NASA-nın Ceyms Uebb Kosmik Teleskopu (JWST) ilk dəfə olaraq qalaktikaların formalaşmasını "birbaşa" müşahidə edib. Kainatın ən qədimləri arasında olduğu düşünülən üç qalaktika kosmosun ilk dövrlərinə işıq salır.
News24.az xəbər verir ki, JWST-nin müşahidələrini tədqiq edən tədqiqatçılar hesab edirlər ki, üç qalaktika kainatın cəmi 400-600 milyon il yaşı olanda yaranıb. Kainatın təxminən 13,8 milyard il olduğunu nəzərə alsaq, bunlar kosmosdakı ilk qalaktikalar sırasındadır.
Alimlər görüntülərdə zəif qırmızı ləkələr kimi görünən qalaktikaların yaydığı işığı müxtəlif dalğa uzunluqlarında araşdırıblar. Bu analiz nəticəsində işığın çox böyük miqdarda neytral hidrogen qazı tərəfindən udulduğu müəyyən edilmişdir.
Bu sıx qaz çoxluğu qalaktikaları qidalandırarkən, qalaktikalar hələ ilk ulduzlarını belə əmələ gətirməmişdilər. “Bu qaz çox böyük bir əraziyə yayılmalı və qalaktikanın böyük bir hissəsini əhatə etməlidir” mayın 23-də “Science” jurnalında dərc edilmiş tədqiqatın həmmüəllifi Darach Watson deyir.
Bu, qalaktikalarda neytral hidrogen qazının yığılmasını müşahidə etdiyimizi göstərir. Bu qaz daha sonra soyuyacaq, toplaşacaq və yeni ulduzlar əmələ gətirəcək.
Hidrogen və heliumla əhatə olunub
Tədqiqatçılar bu qalaktikaları əhatə edən qazın tərkibində kainatın ən qədim elementlərindən olan hidrogen və heliumdan başqa heç nə olmadığı qənaətinə gəliblər.
Standart modeldə kainatı meydana gətirdiyi hesab edilən Böyük Partlayışdan sonra bir neçə yüz milyon il ərzində qazlar əsasən qeyri-şəffaf olub. Kainatdakı qazın partlayışdan təxminən 1 milyard il sonra qalaktikalardakı ulduzların ətrafındakı qazı qızdırıb ionlaşdıraraq tamamilə şəffaflaşdığı düşünülür.
Yeni tədqiqat vacibdir, çünki qeyri-şəffaf qazların üstünlük təşkil etdiyi bu dövrdə baş verən qalaktikaların və ulduzların əmələ gəlməsini müşahidə etmək çox yayğın deyil.
Günel Məlikzadə