"HƏMAS-a təzyiq etməyə davam edəcəyik"
    • 14-06-2024, 09:20
    • 228

"HƏMAS-a təzyiq etməyə davam edəcəyik"

ABŞ prezidenti Bayden İtaliyada keçirilən G7 Liderlər Sammiti çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında Qəzzadakı son vəziyyətlə bağlı sualı cavablandırıb.

News24.az xəbər verir ki, Qəzzada atəşkəslə bağlı bəzi dəyişikliklər tələblərinin də yer aldığı Həmas-ın geri dönməsi ilə bağlı fikri ilə bağlı suala Bayden prosesin davam etdiyini və yekun cavabı olmadığını bildirib.

Bayden, "Mən bir razılaşma təklifi irəli sürdüm və bu təklif Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, G7 və İsrail tərəfindən dəstəklənib. İndiyə qədərki ən böyük maneə, HƏMAS-ın daha əvvəl oxşar bir təklif təqdim etdikləri sazişi imzalamaqdan imtina etməsidir. Nəticə verib-verməyəcəyini görəcəyik. Həmas-a təzyiq göstərməyə davam edəcəyik" dedi.

Digər tərəfdən Bayden, G7 Liderlər Zirvəsi çərçivəsində qatıldığı başqa bir tədbirdə Qəzzada atəşkəslə bağlı suala cavab olaraq atəşkəs razılaşmasının əldə olunacağından əmin olmadığını ifadə edərək, "Ancaq, Ümidimi itirməmişəm, HƏMAS bir addım atmalıdır” qiymətləndirməsini etdi.

Günel Məlikzadə