-
- 27-02-2024, 13:35
- 327
HƏMAS-dan Baydenə cavab
HƏMAS ABŞ prezidenti Co Baydenin müvəqqəti atəşkəs bəyanatlarına cavab verib.
News24.az xəbər verir ki, Baydenin Qəzzada qarşıdurmaların dayandırılması ilə bağlı açıqlamalarının vaxtından əvvəl olduğu və yerdəki vəziyyətlə üst-üstə düşmədiyi bildirilib.
“Atəşkəsdən əvvəl hələ də aradan qaldırılmalı olan böyük boşluqlar var”, - deyilib.
Qeyd edək ki, İsrail və HƏMAS arasında atəşkəs danışıqları ilə bağlı ABŞ prezidenti Co Bayden 4 mart tarixinə işarə edərək, “Ümid edirəm ki, bazar ertəsi günü atəşkəs əldə olunacaq” deyib.
Günel Məlikzadə