İsraildən Livana hava zərbəsi: Ölən və yaralananlar var
    • 14-06-2024, 09:30
    • 163

İsraildən Livana hava zərbəsi: Ölən və yaralananlar var

Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail ordusuna aid təyyarələr Livanın Sur şəhərinin şərqində Deyr Qanun-en Nehr qəsəbəsi ilə Cannata arasındakı 3 mərtəbəli evə hava hücumu həyata keçirib.

News24.az-ın məlumatına görə, NNA daha sonra öz xəbərində İsrailin hədəf aldığı binanın uçması nəticəsində ilkin təsbitlərə görə 7 mülki vətəndaşın yaralandığını və yaralıların Sur şəhərindəki xəstəxanaya göndərildiyini bildirib.

Qeyd olunub ki, hücum nəticəsində 3 mərtəbəli bina tamamilə dağılıb, bina sakinlərinin xilas edilməsi üçün hadisə yerinə təcili tibbi yardım maşınları və axtarış-xilasetmə qrupları göndərilib.

Digər tərəfdən, Livan yerli mətbuatında yer alan xəbərə görə, İsrailin hücumu nəticəsində ölən və yaralananların olduğu bildirilsə də, ölənlərin sayı və onların şəxsiyyəti ilə bağlı təfərrüatlar paylaşılmayıb.

Hücumla bağlı İsrail ordusu və Livan hakimiyyəti hələlik açıqlama verməyib.

Günel Məlikzadə