İsrail Livanda avtomobili vurdu
    • 2-03-2024, 15:07
    • 214

İsrail Livanda avtomobili vurdu

İsrail ordusu Livanın cənubunda bir avtomobilə hava hücumu həyata keçirib.

News24.az Livanın rəsmi agentliyi NNA-nın məlumatına istinadən xəbər verir ki, İsrailin insan aviasiyası sərhəddə yerləşən Nakura şəhəri yaxınlığında bir avtomobili hədəfə alıb.

Hücum nəticəsində avtomobilin tamamilə yandığı bildirilib.

Hizbullah hərəkatının verdiyi açıqlamada hücumda 3 təşkilat üzvünün öldüyü açıqlanıb.

Livanın “Əl-Əxbar” qəzetinin məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələrinin (UNIFIL) də istifadə etdiyi sahilyanı Nakura və Sur şəhərləri arasındakı yola ilk dəfə hücum edilib.

Livanın cənubundakı sərhəd bölgəsində İsrail ordusu ilə Hizbullah arasında qarşılıqlı hücumlar davam edir.

Hizbullah dünən İsrail mövqelərini hədəf aldığını açıqlayıb.

İsrail ordusu da Hizbullaha aid bəzi hədəflərin vurulduğunu açıqlayıb.

Günel Məlikzadə