14 yaşlı qız yanğın qurbanı oldu
    • 14-06-2024, 23:10
    • 349

14 yaşlı qız yanğın qurbanı oldu

Aksarayda evdə baş verən yanğın 14 yaşlı əqli qüsurlu uşağın ölümünə səbəb olub.

News24.az xəbər verir ki, Əbdürrəhman və Hatice Dağlı cütlüyü yaxınlıqdakı tövlədəki qoyunları otarmaq üçün evdən çıxıblar.

Qızları Merve Dağlı evdə tək olarkən, hələ naməlum səbəbdən qonaq otağında yanğın baş verib.

Ətrafdakıların xəbəri üzərinə yanğınsöndürmə, sağlamlıq və jandarma hadisə yerinə sövq edilib.

Kənd sakinləri qıfıllı qapını sındıraraq içəri daxil olduqda Merve Dağlını hamamda huşsuz vəziyyətdə görüblər.

Merve Dağlı həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını itirib.

Yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə alov söndürülüb. Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Günel Məlikzadə