Çində yağan yağış sel və torpaq sürüşməsinə səbəb olub, ÖLƏNLƏR VAR
    • 28-05-2022, 13:03
    • 448

Çində yağan yağış sel və torpaq sürüşməsinə səbəb olub, ÖLƏNLƏR VAR

Çinin şərq sahillərinə yaxın olan Fujian əyalətində həddindən artıq yağıntılar Sel və torpaq sürüşmələrinə səbəb olub. Vupinq rayon rəhbərliyindən verilən açıqlamada torpaq sürüşməsi nəticəsində bir fabrik və çoxmərtəbəli binanın uçması nəticəsində 8 nəfərin öldüyü bildirilib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, leysan yağışları kənd təsərrüfatı sahələrinə və yollara ziyan vurub, elektrik enerjisinin verilişində fasilələr yaradıb, 1600-ə yaxın insan təhlükəsiz yerə təxliyə edilib.

Ölkənin cənub-qərbindəki Yunnan əyalətinə yağan güclü yağışlarda insan itkisinin 5-ə yüksəldiyi, 3 nəfərin itkin düşdüyü bildirilib. Quanqsi bölgəsindəki Xincheng mahalında 3 uşağın sel sularına tutulduğu və onlardan 2-nin həyatını itirdiyi qeyd edilib.