-
- 14-06-2024, 23:50
- 491
Fitch: Bu, Alman istehsalçılarına təsir edəcək
Fitch-in verdiyi açıqlamada, Çindən Avropaya Volvo, Polestar və Dacia tərəfindən istehsal edilən avtomobil ixracının 2023-cü ildə Aİ-də elektrikli avtomobil satışlarında 4%-dən az paya sahib olduğu bildirilib.
News24.az xəbər verir ki, Alman avtomobil istehsalçılarının satışlarında Çinin orta hesabla 10 % paya sahib olduğuna diqqət çəkən açıqlamada, Çinin Avropada istehsal edilən avtomobillərə əlavə vergi tətbiq etməsi halında bunun avtomobil istehsalçıları tərəfindən kompensasiya edilə biləcəyi qeyd edilib.
Açıqlamada Almaniya və Çinin birgə istehsal etdiyi nəqliyyat vasitələrinin satışlarının təsir altına düşə biləcəyi, ticarət gərginliyinin artacağı təqdirdə bu cür müştərək müəssisələrin pul axını yaratmaqda çətinlik çəkəcəyi bildirilib.
Açıqlamada, “Biz düşünürük ki, Aİ-nin Çində istehsal edilən elektrikli avtomobillərə tətbiq etməyi planlaşdırdığı tariflər, elektrikli avtomobil alışlarının yavaşlaması nəzərə alınmaqla, qısa müddətdə Avropadakı rəqabət mühitinə əhəmiyyətli dərəcədə təsir göstərməyəcək. Ancaq Çin daha geniş tədbirlərlə cavab verərsə, xüsusən də digər nəqliyyat vasitələri növlərini və hətta digər sənaye sektorlarını əhatə edərsə, ən çox Alman avtomobil istehsalçıları təsirlənəcək".
Qeyd edək ki, iyunun 12-də edilən açıqlamada Aİ iyulun 4-dən etibarən Çində istehsal olunan elektrik avtomobillərinin Birliyə üzv ölkələrə idxalına 38,1 faizə qədər əlavə vergi tətbiq edilməsinin planlaşdırıldığını açıqlayıb.
Günel Məlikzadə