-
- 14-06-2024, 17:37
- 620
"Tesla" bahalaşa bilər
İyulun 4-dən etibarən Aİ-nin Çində istehsal olunan elektrik avtomobillərinin Birliyə üzv ölkələrə idxalına 38,1%-ə qədər əlavə vergi tətbiq etməsinin əks-sədası davam edir.
News24.az xəbər verir ki, sözügedən qərara Avropanın böyük avtomobil istehsalçılarından fərqli reaksiyalar gəlsə də, ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın da Avropa qiymətlərini artıra biləcəyi ifadə edilib.
Tesla-nın Avropadakı internet saytındakı bildirişdə “Model 3-ün qiymətinin idxala potensial vergi artımı səbəbindən 2024-cü il iyulun 1-dən etibarən artacağı gözlənilir” deyilib.
Şirkətin Avropada Model 3-ün qiymətini nə qədər artırmağı planlaşdırdığı bildirilməyib.
Günel Məlikzadə