Şimali Koreya Rusiyaya 5 milyon mərmi göndərdi
    • 14-06-2024, 23:44
    • 176

Şimali Koreya Rusiyaya 5 milyon mərmi göndərdi

Şimali Koreya Rusiyaya 5 milyona yaxın artilleriya mərmisi göndərib.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya müdafiə naziri Sin Vonsik “Blumberq”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Şimali Koreyadan Rusiyaya 4,8 milyon artilleriya mərmisinin olduğu 10 000 konteyner daşındığı aşkarlanıb.

Müdafiə naziri bildirib ki, Rusiya Prezidenti Vladimir Putin yaxın vaxtlarda Şimali Koreyaya səfəri zamanı daha çox sursat istəyəcək:

“Putinin Şimali Koreya ilə təhlükəsizlik sahəsində, xüsusilə də qələbə qazanmaq üçün lazım olan artilleriya mərmiləri kimi hərbi təchizatla bağlı daha sıx əməkdaşlığa can atacağı gözlənilir. Sursat müqabilində Rusiya Şimali Koreyaya casus peyklərini inkişaf etdirmək üçün texnologiyalar, eləcə də tanklar və təyyarələr kimi adi silahlar göndərib”.

Nazir Şimali Koreyanın Rusiyaya onlarla ballistik raket verdiyini də qeyd edib.