"Şuşa Bəyannaməsi bizi ortaq hədəflərimizə aparan yol xəritəsidir"
    • 15-06-2024, 12:09
    • 138

"Şuşa Bəyannaməsi bizi ortaq hədəflərimizə aparan yol xəritəsidir"

TDT-yə üzv və müşahidəçi ölkələrin hakim partiya təmsilçilərinin iştirakı ilə Şuşada bir araya gəlməyimizin bir ayrı rəmzi mənası vardır. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edib. Xankəndi, Xocalı və digər Azərbaycan torpaqlarına rahat gedə bilirik. Tarixi qələbəyə imza atan qardaş Azərbaycanı səmimi qəlbdən təbrik edirəm.

News24.az xəbər verir ki, bu fikirləri Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Efkan Ala “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfransda səsləndirib.