Məbəddə 17 kəllə tapıldı
    • Bu gün, 11:27
    • 79

Məbəddə 17 kəllə tapıldı

Uqandada milli mətbuatda yer alan xəbərlərə görə, paytaxt Kampalanın qərbindəki Mpigi qəsəbəsi yaxınlığında odun axtaran uşaqlar məbəddə basdırılmış qutulara rast gəliblər.

News24.az xəbər verir ki, yerli sakinlər məbəddə tapılan metal qutular barədə polisə məlumat veriblər.

Bildirilib ki, hadisə yerində aparılan axtarışlar zamanı 17 insan kəlləsi tapılıb.

Kəllələrin əraziyə necə gəldiyinin bəlli olmadığı, lakin onların nə vaxt basdırıldığının müəyyənləşdirilməsi üçün araşdırmaların davam etdiyi bildirilib.


Məryəm İlhamqızı