"Elə yerlərə getmirəm, həyatımın sonu kimi görünür"
    • Bu gün, 11:18
    • 100

"Elə yerlərə getmirəm, həyatımın sonu kimi görünür"

Xalq artisti Məleykə Əsədova sosial media hesabında paylaşım edib.

News24.az axşam.az-a istinadən xəbər verir ki, istirahətdə olan aktrisa təəssüratlarını yazıb.

"Təbiətdən zövq alıram. Yaşıllığı, çiçəkləri, dənizi, çayı, səmanı çox sevirəm. Səhralıq sevmirəm. Heç vaxt elə yerlərə səyahət etmirəm. Mənə həyatımın sonu kimi görünür. Əsas həyatı çox sevin. Bu qısa ömürdə sevgi dolu qəlblə yaşayın" deyə, o, bildirib.