8-ci sinif şagirdinin nişanlanması ilə bağlı araşdırma aparılır
    • 15-06-2024, 15:15
    • 161

8-ci sinif şagirdinin nişanlanması ilə bağlı araşdırma aparılır

Gəncə şəhərində 14 yaşlı qızın nişanlandığı iddia olunur.

News24.az-ın məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

O, paylaşımında 8-ci sinif şagirdinə toy mərasiminin keçiriləcəyini bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov isə qeyd edib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.