İki milyondan çox müsəlman hacı OLDU
    • 16-06-2024, 11:47
    • 86

İki milyondan çox müsəlman hacı OLDU


Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına 2 milyondan çox müsəlman gəlib.

News24.az "Unikal"a istinadən xəbər verir ki, müsəlmanlar gecə yarısından başlayaraq qrup halında təqribən 3,5 kilometr yol qət edərək, Cəmarətdəki şeytan daşlama sahəsindəki böyük şeytan adlandırılan “Əqəbə Cəmrəsi”nə 7 daş atıblar.

Bir çox müsəlman şeytanı daşladıqdan sonra Kəbəyə doğru uzun bir gəzintiyə çıxıb. Beləliklə, vəzifələrini yerinə yetirən müsəlmanlar hacı olublar.

Zəvvarlardan bəziləri səhər və bayram namazlarını Kəbədə qılıb.