Rusiyanı silkələyən terrorçu Həbibin yaxını olub? – Qaranlıq məqam
    • 24-06-2024, 16:36
    • 328

Rusiyanı silkələyən terrorçu Həbibin yaxını olub? – Qaranlıq məqam

Dağıstanlı keçmiş UFC çempionu ölkədə baş verən terror hücumunda yaxınlarını itirənlərə başsağlığı verib. 

News24.az globalinfo-ya istinadla xəbər verir ki, idmançı bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

“Mən həlak olanların bütün ailələrinə və yaxınlarına başsağlığı verirəm. Allah hamımızı belə vəziyyətlərdən qorusun, başımızın üstündə daim sülh səması nəsib etsin. Özünüzün və yaxınlarınızın qayğısına qalın, hər kəs özlərinə və uşaqlarına, kimlərlə ünsiyyətdə olduğuna və ətrafdakılara diqqət yetirsin. Ruhların tərbiyəsi bədən tərbiyəsindən daha vacibdir”, – paylaşımda bildirilir.

Maraqlıdır ki, Dərbənddə terror hadisəsini törədən və silahlı qarşıdurma zamanı ölən terrorçulardan biri olan Hacımurad Kağırovun, H.Nurməhəmmədovun təsisçilərindən biri olduğu “Eagles MMA” klubunun döyüşçüsü olmasına dair məlumatlar yayılıb.