Meqana buna görə lağ etdilər
    • 16-06-2024, 14:50
    • 155

Meqana buna görə lağ etdilər


Sasseks hersoqu Harrinin həyat yoldaşı Meqan Markla it yemi istehsal etdiyi üçün lağ edilib.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu haqda “Page Six” məlumat yayıb.

Belə ki, ötən gün argentinalı poloçu Nacho Figueras instaqram hesabında Meqan Markla məxsus “American Riviera Orchard” brendindən yeni məhsulların fotolarını yerləşdirib. Fotoların birində mürəbbə bankası, digərində isə it peçenyesi olub.

“Page Six” nəşrinin izləyiciləri Meqanı ev heyvanları üçün qida istehsal etdiyinə görə ələ salıblar.

“Bu qadın nə edir? 3 il əvvəl onun nə qədər imkanları var idi? Hər şeyini itirdi!”, “Əgər mürəbbə satılmayıbsa, niyə itlər üçün peçenye istehsal edir?”, “Meqan nəyin alınacağını görmək üçün hər şeyi sınayır”, “Ümumiyyətlə onun və Harrinin iti varmı?”, “Sasseks hersoginyasından it biskvitinin hersoginyasına”, - internet istifadəçiləri yazıb.