Sabunçuda yaşlı kişini bıçaqlayıb qaçdılar
    • 17-06-2024, 09:04
    • 112

Sabunçuda yaşlı kişini bıçaqlayıb qaçdılar

Bakının Sabunçu rayonunda dava zamanı yaşlı kişi bıçaqlanıb.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

1965-ci il təvəllüdlü Kərimov Elxan Adil oğlu yaşağı evin yaxınlığında naməlum şəxs tərəfindən mübahisə zəmnində bıçaqlanıb.

Yaralı döş qəfəsinin və kürəyinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.