-
- 17-06-2024, 10:32
- 257
Arvadını yandıraraq öldürdü: DƏHŞƏTLİ CİNAYƏT
Rusiyada məhkəmə arvadını öldürən 51 yaşlı kişini 16 il müddətinə azadlıqdan məhrum edib.
News24.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib .
Müttəhim son dərəcə qəddarlıqla ümumi təhlükəli cinayət törətməkdə təqsirli bilinib.
İstintaq və məhkəmə müəyyən edib ki, 2023-cü il iyulun 24-də rayonun Otradnoye kəndindəki yaşayış binasının mənzilində sərxoş şəxs birgə yaşadığı şəxslə münaqişə zəminində ona yanar maye tökərək yandırıb. Qadın xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.
İyunun 14-də Qatçinada 43 yaşlı kişinin 38 yaşlı partnyorunun mənzilinin giriş qapısını yandırmağa cəhd etdiyi üçün saxlanıldığı bildirilir .
Aqil Qarayev