Soyadınızdakı hərflər təhsilinizə təsir edirmiş
    • 17-06-2024, 21:30
    • 7 005

Soyadınızdakı hərflər təhsilinizə təsir edirmiş

ABŞ-ın Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, şagirdlərin təkcə intellektual qabiliyyətlərinin səviyyəsi onların qiymətlərinə deyil, həm də müəllimin onların işlərini yoxlama ardıcıllığına təsir edir.

Belə ki, işləri siyahının sonunda yoxlanılan tələbələr, bir qayda olaraq, aları siyahının önündə olanlarla müqayisədə daha aşağı qiymət alırlar.

News24.az Lent.az-a istinadən məlumatına görə, Miçiqan Universitetinin müəllimləri tərəfindən Canvas öyrənmə idarəetmə sistemində (LMS) təqdim edilmiş 31 milyondan çox qiymətləndirmə qeydləri təhlil edilib.

Məlum olub ki, işlər əlifba sırası ilə qiymətləndirildikdə soyadları A, B, C, D və ya E hərfi ilə başlayan tələbələr 100 ballıq sistemlə orta hesabla 0,3 bal yüksək nəticə göstəriblər. Soyadı başqa hərflərlə başlayan tələbələr 0,3 bal aşağı qiymət alıblar.

Bu fərq kiçik görünsə də, tələbələrin ümumi akademik göstəricilərinə və beləliklə də gələcək karyeralarına təsir edir.