Sumqayıtda təmir sexi və iki maşın yandı
    • 26-06-2024, 17:01
    • 169

Sumqayıtda təmir sexi və iki maşın yandı

Sumqayıt şəhərində yanğın olub.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhərində ümumi sahəsi 495 m² olan 11 boksdan ibarət avtomobil təmiri sexinin yaxınlığında 300 m² qamışlıq sahə, 2 ədəd "Hyundai" markalı avtobusun yanar hissələri qismən, sexin taxta atmaları və lambirdən ibarət tavanı 50 m² sahədə yanıb.

Yüksək temperaturdan sexin xarici divarına quraşdırılan 1 ədəd kondisionerin mühərrik hissəsi və boksların giriş-çıxış kabelləri 100 p.m yanıb. Boksların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.