BDU-da imtahan verən tələbələr üçün qaynar xətt yaradıldı
    • 15-02-2022, 23:00
    • 454

BDU-da imtahan verən tələbələr üçün qaynar xətt yaradıldı

Bakı Dövlət Universitetində (BDU) payız semestrinin imtahan sessiyası zamanı tələbələrin müraciətlərinin operativ cavablandırılması üçün imtahan qərargahı, “qaynar xətt”, xüsisi e-mail ünvanı və “WhatsApp” nömrəsi yaradılıb. 

News24.az xəbər verir ki, Qərargaha müraciət edən hər bir tələbənin yazı işinə yenidən baxılıb, obyektiv qiymətləndirmə təmin olunub. Həmçinin Ümumi Orta Müvəffəqiyyət Göstərici (ÜOMG) yüksək olan 400-dək əlaçı və zərbəçi tələbənin 1 fənn üzrə göstəricilərinə təsir edən 1 bal da Appelyasiya komissiyaları tərəfindən yenidən araşdırılıb və müsbət qərar çıxarılıb.