Ən çox əhali artımı bu rayonda qeydə alındı
    • 17-06-2024, 21:30
    • 839

Ən çox əhali artımı bu rayonda qeydə alındı


Cəlilabad rayonunda əhalinin ümumi sayı aprel ayının 1-i vəziyyətinə 217,6 min nəfərə çatıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, Rayon Statistika İdarəsindən Report-a bildirilib ki, cari ilin 3 ayında 728 nəfər uşaq dünyaya gəlib, 256 ölüm halı qeydə alınıb.

Əhalinin təbii artımı 472 nəfər olub.

Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən 216 nikah və 55 boşanma halı rəsmiləşdirilib.