Naxçıvanın iki rayonunda yanğın olub - FOTOLAR
    • 17-06-2024, 23:10
    • 903

Naxçıvanın iki rayonunda yanğın olub - FOTOLAR


Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu Çomaxtur kəndində ot tayasında, Sədərək rayonunda isə həyətyanı sahədə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

News24.az xəbər verir ki, məlumatlarla əlaqədar Şərur və Sədərək Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğınlar söndürülüb və hadisənin daha geniş sahələrə yayılmasının qarşısı alınıb.