Fövqəladə vəziyyət elan edildi - Bu xəstəlik ölümcül ola bilər
    • 26-06-2024, 16:50
    • 684

Fövqəladə vəziyyət elan edildi - Bu xəstəlik ölümcül ola bilər

Ümumdünya Səhiyyə Təşkilatı aprel ayında Dengue virusunun səbəb olduğu Dengue Fever (sınıq sümük qızdırması) hallarının son illərdə dünya səviyyəsində əhəmiyyətli dərəcədə artdığını və 2000-ci ildə 505 min civarında olan hadisələrin 2019-cu ildə 5,2 milyona yüksəldiyini açıqlamışdı.

News24.az xəbər verir ki, Puerto-Riko səhiyyə rəsmiləri mart ayında Denq qızdırmasını ictimai sağlamlıq üçün təcili vəziyyət elan etdilər.

Dünən yaydıqları ictimai sağlamlıq xəbərdarlığında ABŞ səhiyyə rəsmiləri (CDC) vurğuladılar ki, bu ilin ilk yarısında 50 ştatın hamısında keçən ilin eyni nöqtəsinə nisbətən Denqe qızdırması üç dəfə çox olub.

CDC, bunun bu il qlobal dang xəstəliyinə yoluxma hallarının ən yüksək sayı olduğunu vurğulayaraq, “2024-cü ildə Amerika qitəsindəki ölkələr bir il ərzində qeydə alınan ən yüksək sayını aşaraq rekord sayda dang xəstəliyinə yoluxma hallarını bildirdilər".

2024-cü il yanvarın 1-dən iyunun 24-dək Amerika qitəsindəki ölkələr 9,7 milyondan çox dang xəstəliyinə yoluxduğunu bildirdi; "Bu rəqəm 2023-cü ildə bildirilən halların sayından (4,6 milyon hadisə) iki dəfə çoxdur" dedi.

Qeyd edək ki, denq qızdırması (sümük sınığı qızdırması) ağcaqanadlardan insanlara yayılan viral infeksiyadır.

Ən bariz simptomlara yüksək hərarət, baş ağrısı, bədən ağrıları, ürəkbulanma və dəri döküntüsü daxildir.

Ağır hallarda xəstəlik ölümcül olur.

Xüsusilə bədəndə səbəb olduğu ağrı sınıq sümük ağrısına bənzədiyi üçün buna sümük sınığı qızdırması da deyilir.

Günel Məlikzadə