-
- 18-06-2024, 09:40
- 964
Türkiyə mavi bayraqda dünyada 3-cü yerdədir
Türkiyə Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi, Türkiyənin 567 mavi bayraqlı çimərliyi ilə İspaniya və Yunanıstandan sonra ən təmiz dənizə malik 3-cü ölkə olduğunu açıqlayıb.
News24.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada dənizlərin təmizliyinin mühüm göstəricisi olan mavi bayraqlı çimərliklərin sayının ildən-ilə artdığı vurğulanıb.
Bəyanatda qiymətləndirmələri yer alan nazir Mehmet Özhaseki, Mavi Bayraq Proqramının könüllüliyə əsaslanan beynəlxalq ekoloji mükafat proqramı olduğuna və proqramın dünyanın 50 ölkəsində həyata keçirildiyinə diqqət çəkib.
Özhaseki, "567 çimərlik, 27 marina, 18 turizm gəmisi və 9 fərdi yaxta mavi bayraq alıb. Məqsədimiz bayraq sayında dünyada birinci olmaqdır" deyib.
Günel Məliikzadə