-
- 17-05-2019, 11:35
- 1 122
Azərbaycanda polis əməliyyat vaxtı iş yoldaşını güllələyib öldürdü – YENİ XƏBƏR
Ağstafa rayonunda əməliyyat zamanı iş yoldaşının ölümünə səbəb olan polis zabiti barəsində verilmiş qərardan Ali Məhkəməyə şikayət edib.
News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 314.2-ci, yəni səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda maddəsi ilə məhkum edilmiş Ağstafa Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin rəisi polis mayoru Altay Rəfiyev barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki 18 iyun 2016-cı il tarixdə gecə saatlarında Ağstafa rayonunun Dağ Kəsəmən kəndində axtarışda olan Tahir Fərzəli oğlu Ayralovu yaxalamaq üçün əməliyyat keçirilib. T.Ayralovun müqavimət göstərməsi polis əməkdaşlarını silah tətbiq etməyə məcbur edib. Polisin atdığı güllələrdən biri başqa bir polis əməkdaşı, 1989-cu il təvəllüdlü Vasif Şaiq oğlu Bağırovun başına dəyib. O, aldığı yaradan bir neçə gün sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Onun ölümünə səbəb olan polis mayoru A.Rəfiyev mövqeyini xidmət yoldaşına bildirməməkdə günahlandırılı. Belə ki, onun mövqeyindən xəbərsiz olan V.Bağırovun A.Rəfiyevə tərəf atəş açdığı və cavab atəşindən sonra yaralanaraq dünyasını dəyişdiyi bildirilib.
Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, Vasif Şaiq oğlu Bağırovun ölümünə səbəb olan Ağstafa Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin rəisi polis mayoru Altay Rəfiyev işdən kənarlaşdırılıb. Nazirin əmri ilə Ağstafa RPŞ-də iki – həm xidmət, həm də əməliyyat işləri üzrə rəis müavinləri də vəzifədən azad ediliblər.