Məşhur müğənninin həbsdə olan fotosu yayıldı -  FOTO
    • 19-06-2024, 12:05
    • 1 102

Məşhur müğənninin həbsdə olan fotosu yayıldı - FOTO

Məşhur müğənni Castin Timberleyk ABŞ-ın Nyu-York ştatının Lonq-Aylend şəhərində sərxoş halda avtomobil idarə edərkən polis tərəfindən saxlanılıb.

News24.az xəbər verir ki, səlahiyyətlilər məşhur müğənninin həbs edildiyini və rəsmi ittiham irəli sürüldüyünü açıqlayıb.

Həbs olunmazdan əvvəl çəkilmiş fotosu üzə çıxan Timberleykin həbs hesabatında; Polisin ulduzun boz rəngli avtomobilini saxlamağa çalışdığı, lakin Timberleyk yolun sağ tərəfində dayanmadığı üçün kənara çəkildikdən sonra həbs edildiyi bildirilib.

Sənəddə deyilir ki, zabitlər ulduzu saxlayanda Timberleykin gözləri qan çanağı və nəfəsindən kəskin spirtli içki qoxusu var idi. Səlahiyyətlilər əlavə edib ki, Timberleyk zabitlərin alkotester testindən imtina edib.

Qeyd edək ki, Suffolk County Prokurorluğu, ulduzun rəsmi ittiham olunduqdan sonra zaminə buraxılmadığını açıqlayıb.

Timberleykin faktiki olaraq iyulun 26-da Sag Harbour məhkəməsində görünməsi planlaşdırılır.

Günel Məlikzadə